- Fanat
- 21:39
- 899
Şahmat Federasiyasının prezidenti: "Pley-off sistemi şahmatçılarımızın mübarizəsinə uyğun reqlamentdir"
Pley-off sistemi şahmatçılarımızın mübarizəsinə uyğun reqlamentdir.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
AŞF prezidenti çempionata böyük marağın olduğunu bildirib:
"Sevindirici haldır ki, həm azarkeşlər arasında, həm də mediada çempionat böyük ajiotaja səbəb oldu. Gələn il, yəqin ki, mükafat fondunu bir az da artıracağıq. Məhəmməd Muradlı artıq üçüncü dəfə Azərbaycan çempionu oldu. Çoxları Şəhriyar Məmmədyarovu dəstəkləyirdi, ancaq əfsuslar olsun ki, bu dəfə də məğlub oldu. Qadın şahmatında da Ülviyyə Fətəliyeva ilk dəfə çempion oldu. O ötən çempionatda mübarizəni tərk edəndə çox gərgin hisslər keçirmişdi. Bu il isə arzusuna çatdı. Ayan da çox gözəl oynadı, açığı, onun qalib gələcəyini gözləyirdim".