Astarada narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb

Astara rayonunda keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar.

Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.