“Qarabağ üzrə işçi qrupu fəaliyyətini davam etdirir və nəticə əldə olunacağına ümid var” EKSPERT

"Üçtərəfli işçi qrupu bütün hallarda fəaliyyətini davam etdirir və nəticə əldə olunacağına ümid var”

“Qarabağ üzrə işçi qrupunun fəaliyyətinin nəticələri haqqında konkret informasiyaların verilməməsi vəziyyətin böhranlı olması demək deyil”.

Bunu “Avrasiya inkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin Bakıda bildirib.

Onun sözlərinə görə, layihələrin detallı müzakirəsi gedir: “Bir sıra layihələrə müsbət rəylər və maraqlar var. Hələlik informasiyaların açıqlanmasının vaxtı çatmayıb. Ermənistanda seçkiqabağı vəziyyətdir və istənilən ehtiyatsız bəyanat mənfi nəticələrə səbəb ola bilər. Üçtərəfli işçi qrupu bütün hallarda fəaliyyətini davam etdirir və nəticə əldə olunacağına ümid var”.(Apa)

Aznews.az