Vətəndaşlar onu "Nikol xaindir!", "Nikol türkdür!" şüarları ilə qarşılayıblar Vətəndaşlar onu "Nikol xaindir!", "Nikol türkdür!" şüarları ilə qarşılayıblar

Paşinyanı Zəngəzurda "satqın çıxardılar" - VİDEO

Vətəndaşlar onu "Nikol xaindir!", "Nikol türkdür!" şüarları ilə qarşılayıblar

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfəri davam edir.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Nikol Paşinyan hazırda Meğri şəhərindədir.

Burada o, xoşagəlməz sürprizlə qarşılanıb. Belə ki, vətəndaşlar onu "Nikol xaindir!", "Nikol türkdür!" şüarları ilə qarşılayıblar.

Etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrilib.

Sakinlər Paşinyanın şəhər meydanına girməsinin qarşısını almağa çalışıblar.

Paşinyan Meğri şəhəri boyunca yürüş keçirməyə çalışıb. Baş nazir çox sayda təhlükəsizlik işçisinin müşayiəti ilə şəhərdə gəzib.

Yerli sakinlər Paşinyana lənət və təhqir dolu söyüşlər yağdıraraq, onun Meğridən çıxmasını tələb edirlər.

Dava-dalaş zamanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb.

Yerli sakinlər Paşinyanın Azərbaycan Prezidentinin vaxtaşırı təhdidlərinə susmasından qəzəbləndiklərini bildiriblər. Bir gün əvvəl İlham Əliyevin yenidən "Zəngəzur dəhlizi”nin açılacağını bəyan etməsi bölgədə təşvişə səbəb olub.

Qeyd edək ki, baş nazirin Meğri səfəri əvvəlcədən elan olunmamışdı.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.