Aksiya iştirakçıları Sünik icma liderlərinin azad olunmasını tələb edirlər Aksiya iştirakçıları Sünik icma liderlərinin azad olunmasını tələb edirlər

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, xəsarət alan var

Aksiya iştirakçıları Sünik icma liderlərinin azad olunmasını tələb edirlər

Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub.

Bu barədə “News.am” xəbər verir.

Qeyd edilir ki, etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

TASS agentliyi isə bildirib ki, aksiyaçılar polisə butılkalar atıb.

Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.

Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.

Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb.(Report)

AzNews.az