Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb

Tural Gəncəliyev Xankəndiyə qayıdışdan danışdı: “Orada görüləcək əsas iş…”

Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb

"Ölkə olaraq bizim əsas vəzifəmizdən biri Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir”.

AzNews.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Tural Gəncəliyev bildirib.

Deputatın sözlərinə görə, orada görüləcək əsas iş xüsusilə Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməkdir:

“Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb. Amma orada olan məktəb yararsız vəziyyətdədir. Qeyd etdiyim məktəbə dəyərləndirmə komissiyasının köçürülməsini və Xankəndiyə qayıdana qədər orada yaşayan xankəndililərə yeni məktəb binası verilməsini təklif edirəm”.