İrəvanda hökumət binası qarşısında aksiya, saxlanılanlar var - Fotolar

Aksiyada iştirak edən 16 nəfər saxlanılıb

ARF-nin “Daşnaksütyun” təşkilatının gənclər qanadından bir qrup fəal Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirib.

AzNews.az xəbər verir ki, etirazçılar Nikol Paşinyanın ordu ilə bağlı açıqlamalarına da etiraz edərək hakimiyyəti xəyanətdə və təslim olmaqda təqsirləndiriblər.

Aktivistlər özləri ilə çiyələk, şirniyyat və alt paltarı gətirərək binanın qarşısına atıblar.

Bundan sonra təhlükəsizlik qüvvələri etirazçıları saxlamağa başlayıb, polislə aktivistlər arasında kiçik qarşıdurma yaşanıb. Təxminən 20 aktivist küçəni bağlasa da, polis onları dağıtmağa müvəffəq olub.

***

Aksiyada iştirak edən 16 nəfər saxlanılıb.

image description image description image description image description