- Qayıdış
- 14 İyul 2021 10:05
- 5 211
Ermənilər Şuşa ətrafını atəşə tutub - RƏSMİ

Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.