“Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək. “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Xüsusi təyinatlılar “Üç qardaş- 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər

“Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Aznews.az bildirir ki, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.