Dekabrın 3-də həmin hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub Dekabrın 3-də həmin hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub

Türkiyənin “Hürkuş” təyyarəsi Azərbaycanda sınaqdan keçirilib - YENİLƏNİB

Dekabrın 3-də həmin hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R. Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

***

saat 14:43

Türkiyə istehsalı “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib. Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter"də bildirib.

Qeyd edək ki, 2018-ci ildə ilk uçuşunu həyata keçirən “Hürkuş” təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edilib. “Hürkuş” təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.