Qonaqlar məzarlıqda şahidi olduqları vandallıq aktından dəhşətə gəldiklərini bildiriblər Qonaqlar məzarlıqda şahidi olduqları vandallıq aktından dəhşətə gəldiklərini bildiriblər

Gürcüstan müsəlmanları ermənilərin Füzulidəki vandallıqları ilə tanış olublar

Qonaqlar məzarlıqda şahidi olduqları vandallıq aktından dəhşətə gəldiklərini bildiriblər

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşları Füzuli rayonuna səfəri başlayıb. İdarənin əməkdaşları ermənilərin Füzulidəki vandallıqları ilə tanış olublar.

Aznews.az xəbər verir ki, qonaqlar səfərlərini Füzulinin Merdinli kəndində olan və ermənilərin işğalında olduğu müddət ərzində donuz saxlamaq kimi istifadə etdikləri kənd məscidinə baxıblar.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov məscid və məzarlıqda ermənilərin vandalizm aktları barədə məlumat verib. Bildirib ki, Qarabağdakı bir çox məscidlərdə olduğu kimi, burda da xalqımızın dini heysiyyatına toxunacaq təhqiramiz əməllər törədilib.

Məsciddə heyvan saxlanılması azmış kimi, divarlarda müxtəlif təhqiredici ifadələr yazılıb, xütbələrə xoşagəlməz rəsmlər çəkilib. Bu da ermənilərin düşünülmüş və planlı şəkildə atdıqları addımlar idi.

Qeyd olunub ki, kənd qəbristanlığındakı qədim məzarlar ermənilər tərəfindən tamamilə dağıdılıb. Qəbirüstü abidələr aşırılıaraq məzarların içərisindəki sümüklər yox edilib. Gürcüstanlı qonaqlar məzarlıqda şahidi olduqları vandallıq aktından dəhşətə gəldiklərini bildiriblər.