“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır" “Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır"

Rusiya XİN Qarabağdakı gərginliyə münasibət bildirib

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır"

Rusiya Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki gərginliyə münasibət bildirib.

Nazirlikdən regiondakı gərginlikdən narahat olduqlarını bildiriblər.

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub.

XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin nazir Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.