- Qayıdış
- 7 İyun 2023 22:02
- 5 594
Qeyri-qanuni erməni silahlı dəstələr fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər - MN

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.