Əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilib. Əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilib.

Ənvər Məmmədxanlının “Babək” romanı Türkiyədə nəşr olundu

Əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilib.

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir. Yaxın tarixdə layihə üzrə Türkiyədə görkəmli yazıçı, kinodramaturq Ənvər Məmmədxanlının “Babək” romanı nəşr olunub.

Nazirlikdən bildirilib ki, şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab Türkiyəli oxuculara təqdim edilib.

Görkəmli yazıçı Ənvər Məmmədxanlının Azərbaycanın tarixi qəhrəmanı Babək barədə qələmə aldığı "Babək" romanı orijinal təhkiyə tərzi və tarixi koloriti əks etdirməsi baxımından qiymətli əsərdir. Qeyd edək ki, Ənvər Məmmədxanlı romanı sonadək tamamlaya bilməmiş, ölümündən sonra Xalq yazıçısı Anar həmin romanı və Ə.Məmmədxanlının “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib.(AZƏRTAC)

AzNews.az