Aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə aldığını bildirib. Aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə aldığını bildirib.

Rasim Balayev Amaliya Pənahovanın vida mərasiminə qatılmayacaq

Aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə aldığını bildirib.

Xəbər verdiyimiz kimi, dünən xalq artisti Amaliya Pənahova 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bu məqamda mərhum aktrisanın bir çox filmlərdə birlikdə rol aldığı xalq artisti Rasim Balayevlə əlaqə saxladıq.

70 yaşlı aktyor hazırda Türkiyənin Ankara şəhərində müalicə aldığını, həmkarının vida mərasimində iştirak edə bilməyəcəyini söyləyib.

“Xəbəri eşidəndə çox pis oldum. Amaliya Pənahova böyük sənətkar idi. Bu, Azərbaycan teatrı üçün böyük itkidir. Vida mərasimində iştirak edə bilməyəcəm. Amma Bakıya qayıdanda yas mərasimlərinə qatılacam”, - deyə R. Balayev bildirib.

Qeyd edək ki, A. Pənahova ilə vida mərasimi sabah Akademik Milli Dram Teatrında baş tutacaq.(qafqazinfo.az)

AzNews.az