“Nar bağı” Polşadan Qran-pri ilə qayıtdı

Festival qatıla bilməyən rejissor iştirakçılara video görüntü ilə müraciət edib

“Nar bağı” filmi Polşada Lublin şəhərində keçirilən Beynəlxalq Film Festivalından mükafatla qayıdıb.

AzNews.azın verdiyi xəbərə görə filmə festivalın baş mükafatı – Qran-pri verilib.

Festival qatıla bilməyən rejissor iştirakçılara video görüntü ilə müraciət edib.

“Nar bağı” filmi Asiya Kino Akademiyasının üzvü olan kinorejissor İlqar Nəcəfin ilk uğuru deyil. Film Listopad (Minsk) Film Festivalının “Ən yaxşı ssenari (Asif Rüstəmov və Roelof Minnebo ilə birlikdə), Malatya (Türkyə) və Didor (Düşənbə) Beynəlxalq Film Festivallarının baş mükafatlarının qalibi olub.

Bununla yanaşı İlqar Nəcəf Asiya Kio Akademiyasının 2018 –ci il üçün “Ən yaxşı gənc kinematoqrafçı”( Best Young Cinema) mükafatının qalibi olub. Filmin dünya premyerası “A” kateoriyalı Karlovı-varı film festivalında baş tutub. Film həmçinin Avropa və Amerika Kino Akademiyaları mükafatlarına da Azərbaycandan namizəd olub.

Mənəvi sosial problemləri qaldıran film bir qayda olaraq səmimiliyi, kamil aktyor oyunu və rejissor soyuqqanlılığı ilə xarici və yerli tamaşaçıların inamını qazanır və biganə qoymur.

Filmin ssenari müəllifi İlqar Nəcəf, Asif Rüstımov, Roelof Minnebo (Hollandiya), operatoru Ayhan Salar, rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allaverdidir. Baş rolları Qurban İsmaylov, Fərhad Səmimi, İlahə Həsənova və gənc ifaçı Həsən Ağayevdir.

Film “Azərbaycanfilm” və “Buta Film” kino şirkətlərinin birgə istehsalıdır. Filmin prodüsserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

AzNews.az

image description image description