Tanınmış sənət adamları yubiley tədbirində bir araya gəlib Tanınmış sənət adamları yubiley tədbirində bir araya gəlib

Yubileyə kimlər gəlməmişdi...

Tanınmış sənət adamları yubiley tədbirində bir araya gəlib

Xanəndə Təhmiraz Şirinovun 70 və yaradıcılığının 50 illiyi ilə əlaqədar yubiley gecəsi keçirilib.

AzNews.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan mərasim Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib. Yubiley gecəsində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Gecənin əvvəlində Təhmiraz Şirinovun ifasında mahnılardan ibarət videoçarx nümayiş olunub. Sonra tədbirin aparıcısı, pedaqoji elmlər doktoru Vidadi Xəlilov yubilyarın həyat yolundan, xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Möhlət Müslümov, S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru Ramis Quliyev çıxış edərək Təhmiraz Şirinovun sənət yolundan danışıb.

Gecənin musiqi hissəsi Xalq artisti Adil Bağırovun rəhbərliyi altında Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiətilə, xalq artistləri Nəzakət Teymurova, Zümrüd Məmmədova, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov və Zakir Əliyevin ifasında keçib.

Sonda sənətkarın qızı Səadət Təhmirazqızı Beynəlxalq Muğam Mərkəzinə və tədbirin təşkilində iştirak edənlərə dərin minnətdarlığını bildirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az