Unudulmaz aktyor Yaşar Nurinin vəfat etməsindən 6 il keçir Unudulmaz aktyor Yaşar Nurinin vəfat etməsindən 6 il keçir

6 ildir sənsizik, Yaşar...

Unudulmaz aktyor Yaşar Nurinin vəfat etməsindən 6 il keçir

Bu gün xalq artisti, mərhum aktyor Yaşar Nurinin anım günüdür

AzNews.az xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası, xalq artsiti Firəngiz Mütəllimova sənət dostunu anıb:

"6 il sənsiz... Yerin hər yerdə görsənir, böyük sənətkar. Nurlar içində yat. Sənin dediyin kimi, həyat da bir kinodur. Ən maraqlı yerində bitər".

Sənətkarın qızı Ülkər Yaşarqızı da atasını anaraq, onun yerinin boş qaldığını qeyd edib:

“6 il sənsiz... Heç bir zaman o boşluq dolmayacaq. Nə Azərbaycan incəsənətində, nə də ailədə”.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Yaşar Nuri 2012-ci ildə 61 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin...

Bahar RÜSTƏMLİ
AzNews.az