Balaş Əliyev (Azəri) bu gün vəfat edib. Balaş Əliyev (Azəri) bu gün vəfat edib.

Azərbaycanlı musiqiçi Hollandiyada dünyasını dəyişdi

Balaş Əliyev (Azəri) bu gün vəfat edib.

Avropada Azərbaycan musiqisini təbliğ edən soydaşımız, uzun illərdir Hollandiyada yaşayan musiqiçi, skripka ifaçısı diaspor fəalı Balaş Əliyev (Azəri) bu gün uzun sürən xəstəlikdən sonra 58 yaşında vəfat edib.

20 ilə yaxındır ailəsi ilə birgə Hollandiyaya köçən Balaş Əliyev musiqi sahəsində çalışmaqla yanaşı, diaspor fəaliyyəti ilə də məşğul olub.

O, eyni zamanda Hollandiyada xərçəngdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə konserti təşkil etmiş ilk azərbaycanlıdır. Bu ilin fevral ayında Naymerxen şəhərində orkestrlə keçirilən konsertdən yığılan vəsait uşaq xərçəngi ilə mübarizə aparan “KiKa” Fonduna köçürülüb. Bundan başqa, bu ilin fevralında holland musiqiçilərlə birgə Xocalı qurbanlarının xatirəsinə klassik musiqi gecəsi və sərgi təşkil edib.

Niderlanddakı Azərbaycan icmasının hörmətlə yanaşdığı Babaş Əliyev yerli musiqiçilər arasında da nüfuz qazanmışdı. Azərbaycanlı musiqiçi haqqında dəfələrlə yerli media orqanlarında yazılar dərc olunub. Babaş Əliyevin iki oğlu da Hollandiyada musiqi sahəsində fəaliyyət göstərir.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Babaş Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir.(modern.az)

© AzNews.az