"Əsrin sonudur, dönüb geri baxıram" "Əsrin sonudur, dönüb geri baxıram"

XX əsrdən XXI əsrə bir şeir apara bilirik - Firudin Cəlilov

"Əsrin sonudur, dönüb geri baxıram"

Türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov özünün Facebook səhifəsində bu il sentyabrın 12-də ad günü olan Azərbaycanın tanınmış şairi Rüstəm Behrudinin “Dar ağacı” şeiri haqda status yazıb.

AzNews.az xəbər verir ki, sabiq təhsil naziri Firudin Cəlilov bu statusla Rüstəm Behrudiyə yeni yaradıcılıq uğurları diləyib.

“20 il öncə bir yazımda demişdim. Əsrin sonudur, dönüb geri baxıram, Heydər baba kimi bir neçə möhtəşəm poeziya örnəklərimiz var. Ancaq biz “XX əsrdən XXI əsrə bir seir apara bilirik - “Salam dar ağacı”.

Qeyd edək ki, Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gəlib. Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir.

Şair "Yaddaşlara yazın", "Şaman duası" kitablarının müəllifidir. "Şaman duası" kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanıb, kitabdan seçmələr Türkiyə, İran, Avstriya, Almaniya, Belçika və s. ölkələrdə çap olunub. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description