Animasiya filmi yenicə dublyaj edilib Animasiya filmi yenicə dublyaj edilib

Uşaqlar üçün yeni sürpriz - “Bədheybətlər ailəsi” Azərbaycan dilində

Animasiya filmi yenicə dublyaj edilib

“CinemaPlus” kinoteatrlar şəbəkəsi yanvarın 10-dan etibarən “Monsterlər ailəsi” animasiya filminin nümayişinə başlayır.

AzNews.az-ın məlumatına görə, animasiya filmi 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj edilib.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüseri Emil Davudzadə, baş prodüseri Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər: Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli, Zemfira Əbdülsəmədova, Nəzakət Məmmədli, Mətanət Abbaslı, Vüsal Murtuzəliyev, Elman Rəhimov, Rəhim Rəhimov, Vüsal Mustafayev, Müşfiq Mirzəzadə, Vüsal Hacıqedir və Aytac Rəhimova.

Cizgi filminin rejissoru Leopoldo Aguilardır.

AzNews.az