Şəmkirdə 18 yaşlı gənc qardaşı tərəfindən bıçaqlanıb

Şəmkirdə əkiz qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

N.Quliyevi bıçaqlamaqda şübhəli bilinən 2008-ci il təvəllüdlü əkiz qardaşı X.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qardaşlar arasında mübahisə bir-birinin otağına icazəsiz daxil olma səbəbindən yaranıb.

Faktla bağlı araşdırma davam etdirilir.

xxx

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənc aralarında yaranan mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.