Aybəniz Haşımova: "Həsən bu mahnını böyük məharətlə ifa edib" Aybəniz Haşımova: "Həsən bu mahnını böyük məharətlə ifa edib"

“Kor Ərəb”in Naxçıvandakı işi bitdi - VİDEO

Aybəniz Haşımova: "Həsən bu mahnını böyük məharətlə ifa edib"

“Kor Ərəbin mahnısı”nın Naxçıvanda çəkilən hissələri artıq başa çatıb.

Bu barədə AzNews.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova bildirib.

Sənətçi böyük Cavidin sözlərinə yazılan “Kor Ərəbin mahnısı”nın kiçik ifaçısından danışıb:

“Tələbəm Həsən Əliyev bu mahnını çox böyük məharətlə ifa edib. Bütün tələbələrim kimi Həsənin də uğurarına inanır və ona daha böyük uğurlar diləyirəm” - deyə, sənətçi vurğulayıb.

A.Haşımova klipin çəkilişləri ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif TalIbova minnətdarlığını bildirib.

Bahar RÜSTƏMLİ
AzNews.az