İkinci mərhələ martın 21-də başa çatacaq İkinci mərhələ martın 21-də başa çatacaq

“Nizami Gəncəvi haqqında hər şey” - Müsabiqə elan edildi

İkinci mərhələ martın 21-də başa çatacaq

Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verilib.

AzNews.az-ın məlumatına görə, müsabiqə üzrə bir neçə nominasiya elan edilib: nominasiyalara “Nizami əsərlərinin bilicisi”, “Bədahətən Nizami qəzəlləri”, “Nizami irsinin davamçılarının yaradıcılığı” və s. daxil edilib.

Müsabiqə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış iş planına uyğun həyata keçirilir.

Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri də iştirak edə bilərlər.

Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərliyi təmsil olunur.

“Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi iki mərhələdə keçirilir. Birinci mərhələ cari ilin fevral ayının sonuna qədər icra olunacaq və birinci yeri əldə edən müəllim və tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ martın 21-də Novruz bayramı tədbirində başa çatacaq.

İlk üçlüyü qazanmış qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin Özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın Fəxri diplomları ilə təltif olunacaqlar.

AzNews.az