Tələbələrin imtahan tamaşaları nümayiş olunub - FOTO

Kobo Abenin “Boksçu”su nümayiş olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin (ADMİU) Teatr sənəti fakültəsinin magistr tələbələrinin imtahan tamaşaları nümayiş olunub.

AzNews.az-ın məlumatına görə, tamaşada Dram teatrı və kino aktyoru ixtisasının magistr pilləsi üzrə təhsil alan I kurs tələbələri Hüseynağa Aslanov Marsel Mituanın “Müşayiətçi”, Hilal Dəmirov Kobo Abenin “Boksçu”, Könül Əbilova F.Dostoyevskinin “Cinayət və cəza”, Könül Ələkbərova Jan Koktonun “Yaraşıqlı alfons”, Cavidan Kəsəmənli Harold Pinterin “Gəlincik”, Xədicə Novruzlu M.F.Axundzadənin komediyaları əsasında hazırlanmış tamaşaları təqdim edib.

Kursun rəhbəri Xalq artisti Ayan Mirqasımovadır. İmtahanda ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı dosent Ellada Hüseynova, Dram teatrı və kino aktyoru kafedrasının müdiri Əməkdar artist, professor Gülşad Baxşıyeva, Universitetin müəllimləri Xalq artisti Oqtay Mirqasımov, Əməkdar artist Nofəl Vəliyev, dosent Nadir Hüseynov, baş müəllim Sahib Novruzlu və başqaları iştirak edib. İmtahandan sonra komissiyanın iştirakı ilə müzakirə keçirilib, tamaşaların quruluş və ifa xüsusiyyətlərinə dair fikirlər bildirilib.

AzNews.az

image description image description image description image description image description image description image description image description