Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım. Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım.

Əməkdar artist təhqir olunduğunu açıqladı - "Əxlaqsız mesajlar göndərir"

Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa, əməkdar artist Məlahət Abbasova şantaj edilir.

AzNews.az xəbər verir ki, bu barədə aktrisa özü xəbər yayıb. O, İnstagramda "melomaniya" adlı səhifəni idarə edən bir xanım tərəfindən təhqir olunduğunu qeyd edib:

"Bütün yaradıcılığım boyunca uzun illərdir uzaqda da olsam, Azərbaycan əsərlərinin, teatrının tanıdılması üçün əlimdən nə gəlirsə edirəm.

Bu, əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq günlərdir mənə əxlaqsız mesajlar göndərir, döydürməklə təhdid edir.

Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım, amma sakitləşmir. Tanıdığım biri də deyil.

Belə qadınlar Azərbaycan xanımı adına danışıq əxlaqı tərəfdən böyük ləkədir. Lazımi yerlərə şikayət edəcəm".

AzNews.az