Televiziyanın Baş operatoru Fazil Hadıyev də vəzifəsini itirib. Televiziyanın Baş operatoru Fazil Hadıyev də vəzifəsini itirib.

AzTV-də yazıçı Sadıq Elcanlı vəzifəsindən alındı – Onun yerinə Azər Qismət gətirildi

Televiziyanın Baş operatoru Fazil Hadıyev də vəzifəsini itirib.

Aparıcı Rövşən Məmmədov AzTV-də sədr vəzifəsini icra edəndən sonra bu kanalda kadr islahatları aparılır. Belə islahatlardan biri də dünən həyata keçirilib.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı AzTV-dəki mənbə bildirib.

Məlumata görə, Rövşən Məmmədovun sədrliyi ilə geniş iclas baş tutub. İclasda telekanalın 4 bölgə müxbiri (Allahverdi Əsədov, Nurəddin, Vaqif Nəcəfov və Hikmət) işdən azad edilib.

Uzun illər sədrin köməkçisi vəzifəsində çalışan Fərman Orucov da öz işini itirənlər sırasındadır. Ona Proqram direktorluğunda direktor müavini vəzifəsi təklif edilsə də o, bu təklifdən imtina edib.

Dəyişikliklər redaksiyalarda da öz əksini tapıb. Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru, yazıçı Sadıq Elcanlı “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinə baş redaktor göndərilib. Onun yerinə isə digər yazıçı Azər Qismət təyin edilib.

Televiziyanın Baş operatoru Fazil Hadıyev də vəzifəsini itirib. O, bundan sonra işini Televiziya Akademiyasında davam etdirəcək.

AzNews.az