Yaqub Zurufçunu həyat yoldaşı belə təbrik etdi - "Səninlə bütövəm"

"Məni özünə birləşdirdiyin üçün sənə təşəkkür edirəm"

Bu gün əməkdar artist Yaqub Zurufçunun ad günüdür.

AzNews.az xəbər verir ki, 62 yaşlı sənətçini doğum günü münasibəti ilə həyat yoldaşı Aynur Zurufçu təbrik edib:

“Həyat yoldaşım Yaqub bəy! Bu dəfə doğum gününü ayrı-ayrı şəhərlərdə qeyd edirik. Mən Bakıda, sən Londonda. Bu kiçik, amma içdən olan ad günü təbrikimi aramızda olan 5000 km qədər məsafədən, şifrəsini bildiyim Facebook profilindən və hamının oxuya biləcəyi yerdən çatdırmaq istədim. Səni sevmək elə də böyük qəhrəmanlıq deyil. Yəni mən qəhrəman deyiləm! Qəhrəman sənsən! Mənim qəhrəmanım! Sən həmişə yaşa! Yarat! İsti nəfəsinlə, sevgi dolu baxışlarınla həmişə yanımda ol. Onsuz da qəlbimin ən dərinində, toxunulmaz bir guşəsində taxtın var... Sənə olan sevgimmi böyükdür, sayqımmı, bilmirəm. Bir onu bilirəm ki, səninlə bütövəm.

Biz sanki iki çayıq. Kür-Araz kimi. Birimiz böyük, o birimiz qismən kiçik ola bilərik. Amma qovuşmaq, birləşmək bəxtəvərliyi vardı sonunda. Məni özünə birləşdirdiyin üçün sənə təşəkkür edirəm! "BİZİ" çoxaltdığın üçün - Atilla üçün təşəkkür edirəm!
Doğum günün mübarək, sevdiyim".

Bahar

AzNews.az