- Mədəni adam
- 10 May 2019 12:15
- 14 064
Musa Yaqub ad gününü harada qeyd edir? - Pünhan İsmayıllıdan açıqlama
Xaricdə yaşayan qızları bu günlərdə Azərbaycana gəlib
Bu gün Azərbaycanın 82 yaşlı tanınmış şairi Musa Yaqub ad gününu doğmaları ilə birlikdə keçirir.
Bunu AzNews.az-a açıqlamasında bədii qiraətçi Pünhan İsmayıllı deyib.

O, Musa Yaqubun Azərbaycanın istirahət zonalarının birində olduğunu bildirib:
"Şairin xaricdə yaşayan qızları bu günlərdə Azərbaycana gəlib. Musa müəllimin ad günü ilə bağlı onlar rayonlardan birinə istirahətə yollanıb".
Pünhan İsmayıllı şairin vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Xatırladaq ki, Musa Yaqub uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkir.
AzNews.az