Rasim Balayev Prezidentlə görüşdə nədən danışıb? - Eksklüziv

Orada bütün problemlərdən danışılacaq

Xəbər verdiyimiz kimi, dünən mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə görüşüb.

Xalq artisti bu görüşlə bağlı AzNews.az-a danışıb.

O bildirib ki, Prezident və xanımı sənət adamları oturan masaya yaxınlaşaraq gecə münasibəti ilə təbrik etdilər:

"Prezident dedi ki, gələcəkdə sənət adamları ilə yeni görüşü olacaq və orada bütün problemlərdən danışılacaq".

Rasim Balayev Prezidentlə konkret bir məsələ ilə bağlı söhbət etmədiyini vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description