Məlahət Abbasova övladlığa uşaq götürür - "Ən böyük savabdır"

Övladlarımla danışdım, onlar da razıdırlar

Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova övladlığa uşaq götürmək qərarına gəlib.

AzNews.az xəbər verir ki, aktrisa bu barədə sosial şəbəkədə yazıb. O, uşaq evində yaşayan kimsəsiz bir qızı övlad edəcəyini deyib:

“O qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanır. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyatda bir uşağa dəstək olmaq ən böyük savabdır”.

Bahar Rüstəmli

AzNews.az