Onlar yeni əsərlərin içində sadəcə ilham mənbəyin olsun Onlar yeni əsərlərin içində sadəcə ilham mənbəyin olsun

Həyat yoldaşından Sabir Rüstəmxanlıya ad günü təbriki - "Böyük Türk, mübarək olsun"

Onlar yeni əsərlərin içində sadəcə ilham mənbəyin olsun

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür.

AzNews.az xəbər verir ki, 73 yaşlı şairi həyat yoldaşı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təbrik edib:

“Əllərinlə əkib becərdiyin bu gözəl güllərə çox da güvənmə. Onlar yeni əsərlərin içində sadəcə ilham mənbəyin olsun. Onlar vəfasızdır, son baharda solub gedirlər, arxalarında kol-kosdan başqa bir şey qalmaz. Sən Anka quşu tək həmişə küllərindən doğacaqsan, həmişə olacaqsan. Əkdiyin toxumlar bu millətin hafizəsındə daima gül açacaq, millətimin azadlıq atəşini yandıran böyük Türk, doğum günün mübarək olsun, Allahım səni başımızdan əskik etməsin. Var ol, Sabir Rüstəmxanlı”.

Bahar RÜSTƏMLİ

AzNews.az