Sənətkara qiymət qoyurlar Sənətkara qiymət qoyurlar

Mənim üçün doğum günü kamera arxasıdır - Yasin Qarayev

Sənətkara qiymət qoyurlar

Xalq artisti Yasin Qarayevin doğum günüdür.

73 yaşlı aktyor bu əlamətdar günlə bağlı təəssüratını AzNews.az-la bölüşüb.

O, doğum gününü çəkiliş meydançasında kamera arxasında keçirəcəyini deyib:

“Hazırda yoldayam, Lənkərana gedirəm. Film çəkilişləri başlayacaq. Bu gün bütün günü kamera arxasında olacam. Aktyor üçün bundan gözəl nə ola bilər. Təki rol olsun, dəvət olsun, yaddan çıxmayaq. Mənim üçün doğum günü kamera arxasıdır. Bu şad günlə bağlı təbriklər gəlməkdədir. Sağ olsunlar, sənətkarlara qiymət qoyurlar”.

Bahar RÜSTƏMLİ

AzNews.az