Onlar özlərinə bir “kriminal qardaş” tapmaq istəyirlər Onlar özlərinə bir “kriminal qardaş” tapmaq istəyirlər

Ermənistan tarixini daha çox fransızlar və almanlar araşdırır, səbəbi isə...

Onlar özlərinə bir “kriminal qardaş” tapmaq istəyirlər

“Kaspi” liseyinin şagirdlərinin türk xalqlarının tarixini əks etdirən səhnələri çox bəyəndim. Bu torpaqlarda doğulub böyüyən uşaqların belə ruhda yetişməsinin, öz tarixinə, milli kimliyinə bələd olmasının önəmli olduğunu görmək mənə çox xoş oldu".

AzNews.az xəbər verir ki, bu sözləri "Kaspi" liseyinin qonağı olan türk tarixçisi İlbər Ortaylı deyib.

O, liseydə müəllim-şagird kollektivi, ziyalılar, media nümayəndələri qarşısında çıxışında şagirdlərə tarixi bilməyin vacib amil olduğunu tövsiyyə edib və Şərqi Türküstanda, Çində türklərə əziyyət verilməsindən, türklərə qarşı olan zülmdən danışıb.

“Bütün bunları dünyaya sübut edə bilmək üçün türk xalqları öz tarixini oxumalı, ensiklopedik səviyyədə bilməlidirlər. Baş verən bu müharibələr üçün bizə hər şeydən əvvəl dolu bir baş lazımdır".

İlbər Ortaylı Ermənistan tarixinin araşdırılmasından da söz açıb:

“Bu işdə ermənilərdən daha çox fransızlar və almanlar səy göstərir. Bunun da səbəbi onların ermənilərə acıdıqları deyil, özlərinə bir “kriminal qardaş” tapmaq istəyindən irəli gəlir"

Qeyd edək ki, araşdırmaçı-alim çıxışından sonra lisey şagirdlərinin suallarını cavablandırıb.

Səidə Vahid

AzNews.az