Özünü pis hiss edib, işə gələ bilməyib Özünü pis hiss edib, işə gələ bilməyib

Əməkdar artist dünyasını dəyişdi - "Başında şiş vardı"

Özünü pis hiss edib, işə gələ bilməyib

Gəncə Dövlət Kukla Teatrına ağır itki üz verib. Teatrın aktyoru, əməkdar artist Nağəddin Məmmədov 52 yaşında vəfat edib.

Teatrdan AzNews.az-a verilən məlumata görə, aktyor xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş:

“Başında şiş vardı. Müalicə olunurdu, amma nə qədər ağrısa da işindən qalmırdı. Onu yaşadan teatr, səhnə idi. Mayın 21-ə kimi teatrda olub. İki gün idi ki, özünü pis hiss edib, işə gələ bilməyib. Axşam isə qəflətən dünyasını dəyişib”.

Bahar RÜSTƏMLİ

AzNews.az