Gərək Vaqif Bayatlı da onların cərgəsində olaydı - Aqil Abbas

Düzdür, ona da fəxri ad verilib

“Vahid Əzizin “Xalq şairi” fəxri adına layiq görülməsinə üçqat sevindim”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas prezidentin bir qrup sənət adamlarına fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamından danışarkən deyib.

O, prezidentin bu addımını mədəniyyətə olan diqqət və qayğısı kimi qiymətləndirib:

“Çox sevindim, onların hər biri bu ada layiqdir. Hamısını təbrik etdim. Gərək Vaqif Bayatlı da onların cərgəsində olaydı. Düzdür, ona da fəxri ad verilib, Əməkdar incəsənət xadimi. Həmkarlarımı təbrik edirəm. Onlara can sağlığı, böyük yaradıcılıq uğurları arzulayıram”.

Bahar RÜSTƏMLİ

AzNews.az