- Mədəni adam
- 31 May 2019 17:16
- 6 242
Bakı Uşaq Teatrı Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edir
Teatr 1 iyunda Qaraçuxur qəsəbəsindəki "Neftçilər parkı"nda bayram şənliyi keçirəcək
Bakı Uşaq Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü qeyd edib.
Teatrdan AzNews.az-a verilən məlumata görə, kollektiv bu gün 59 saylı bağçada bayram şənliyi keçirib. Şənlikdə Elçinin əsəri əsasında Könül Şahbazovanın quruluşunda "Humayın yuxusu" tamaşası nümayiş olunub.
Teatr 1 iyunda isə Qaraçuxur qəsəbəsində yeni salınmış "Neftçilər parkı"nda bayram şənliyi keçirəcək.
Qeyd edək ki, teatr kollektivinin bir hissəsi hazırda Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Lənkəran Beynəlxalq Teatr Festivalında iştirak üçün qastrol səfərindədir. 10 yerli, 5 xarici teatrın iştirak edəcəyi festivalda teatrın Azərbaycan xalq nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.
Bahar RÜSTƏMLİ
AzNews.az