"Nadir şah Çar Rusiyası və Sovet dövründə yırtıcı, qəddar sərkərdə kimi təqdim edilib" "Nadir şah Çar Rusiyası və Sovet dövründə yırtıcı, qəddar sərkərdə kimi təqdim edilib"

"Nadir şah Əfşar tarixin gedişini dəyişən dahi sərkərdədir"

"Nadir şah Çar Rusiyası və Sovet dövründə yırtıcı, qəddar sərkərdə kimi təqdim edilib"

"Nadir şah Əfşar tarixin gedişini dəyişən dahi sərkərdədir".

Bunu A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfransın açılışında bildirib.

Onun sözlərinə görə, Nadir şah Çar Rusiyası və Sovet dövründə yırtıcı, qəddar sərkərdə kimi təqdim edilib: "Halbuki o, Azərbaycan tarixinin mayasıdır, imperiya yaratmış şəxsiyyətdir. Bu baxımdan o, Azərbaycanın misilsiz tarixi şəxsiyyətidir. Dünya tarixində Nadir şah kimi sərkərdə, hökmdar yoxdur. Çünki tarixin gedişini dəyişmək hər kəsə nəsib olmur. Nadir şah böyük qurtuluş mübarizəsinin qalibi olub. O, Azərbaycan xalqının dahi oğlu, qürur tarixidir. Ona görə də onu bütün dərsliklərə daxil etmişik".

Akademik konfransın başlanğıc tarixinin təsadüfi seçilmədiyini də vurğulayıb: "Bu gün həm də Nadir şahın anım günüdür. Mən inanıram ki, gələcəkdə torpaqlarımız Nadir şahın ruhu və Azərbaycan prezidentinin yürütdüyü siyasət nəticəsində azad olunacaq. Nadir şah kimi bir sərkərdənin torpağı işğal altında qala bilməz". (APA)