- Mədəni adam
- 21 İyun 2019 12:26
- 5 707
"İlham Əliyev çox düzgün və lazımi bir gediş elədi" - Xalq artisti
"Ölkə başçısının dünənki sərəncamını tarix yetişdirdi"
“Bütün sahələrdə uğurlu islahatlar cəmiyyətin xeyrinədir”.
AzNews.az xəbər verir ki, bunu xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev prezident İlham Əliyevin iyunun 20-də kadr islahatları ilə bağlı imzaladığı sərəncamdan danışarkən deyib.
Aktyor sərəncamın vaxtında verildiyini qeyd edib:
“Ölkə başçısı İlham Əliyevin dünənki sərəncamını tarix yetişdirdi. Mən sadəcə olaraq müdrüklərin dediyini təkrarlayıram. Tarix Allahın da nəzarətindən çıxa bilir. Tarix həm də zamanı çatmış işin görülməsi üçün yaxşı məsləhətçidir. Bu mənada ölkə başçısı vaxtı çatmış zaman üçün şahmat oyununda olduğu kimi çox düzgün və lazımi bir gediş elədi”.
Bahar RÜSTƏMLİ
AzNews.az