- Mədəni adam
- 26 İyun 2019 13:45
- 5 113
ADO Tbilisi küçəsində...
ADO teatrı Gürcüstana səfər edib
AzNews.az xəbər verir ki, teatr Tbilisidə, "Azadlıq" metrosunun qarşısında çıxış edib.
Kollektiv “Gic-Daban” (Crazy-Heel) tamaşası ilə çıxış edib. Küçə tamaşasına teatrın bir neçə performansı və repertuarındakı bəzi tamaşalarından parçalar da əlavə olunub.
Qeyd edək ki, teatr səfərlə bağlı bir neçə gün öncə Gürcüstan meriyasına rəsmi müraciət edib. Eyni zamanda Gürcüstan polisinə məlumat verərək nümayiş zamanı təhlükəsizliyin təmin olunmasını istəyib. Polis nümayişə müdaxilə etməyib, təhlükəsizliyi təmin edib. Gürcü mediası teatrın küçə tamaşasını işıqlandırıb.
Bahar RÜSTƏMLİ
AzNews.az