Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının daha bir aktrisasını mükafatlandırıb Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının daha bir aktrisasını mükafatlandırıb

Prezident Əməkdar artistə ev bağışladı

Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının daha bir aktrisasını mükafatlandırıb

AzNews.az xəbər verir ki, prezident əməkdar aktrisa Vəfa Zeynalovaya ev hədiyyə edib.

Aktrisa prezident İlham Əliyevə təşəkkür edib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına! Möhtərəm cənab Prezident. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir. Bu bayram münasibətilə Siz başda olmaqla, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm.

Siz bütöv Azərbaycan xalqının ümid yerisiniz. Bu xalqın bir nümayəndəsi kimi mən də sizinlə qürur duyur və fəxr edirəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az