Əbülfəs Qarayevdən yeni kadr təyinatı - Günel Aslanova şöbə müdiri oldu

Həmin vəzifəni bundan öncə Vüqar Şıxməmmədov icra edib

Mədəniyyət naziri Əbülfəs Qarayev yeni kadr təyinatı həyata keçirib.

AzNews.az xəbər verir ki, Günel Aslanova iyunun 11-dən etibarən Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdir təyin olunub.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumatı təsdiqləyib.

Qeyd edək ki, həmin vəzifəni bundan öncə Vüqar Şıxməmmədov icra edib. O, 2018-ci il dekabr ayının 13-dən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır.

Bahar RÜSTƏMLİ

AzNews.az