Açılışda Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış ediblər Açılışda Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış ediblər

Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu - FOTOLAR

Açılışda Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış ediblər

İyunun 27-də I Fəxri xiyabanda Azərbaycan teatrının görkəmli aktyoru, professional teatr rejissoru sənətimizin banisi Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı olub.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə vəfatından 100 il sonra Hüseyn Ərəblinskinin möhtəşəm qəbirüstü abidəsi hazırlanıb.

Abidənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, paytaxt teatrlarının kollektivləri, teatrsevərlər iştirak ediblər.

Əvvəlcə nazir, daha sonra Xalq artisti Azər Paşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verib, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını deyib.

Açılışda Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış ediblər.


AzNews.az