Azərbaycan-Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edir Azərbaycan-Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edir

Bakıda "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi keçirildi - FOTO

Azərbaycan-Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edir

Bakı Konqress Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi keçirilib.

AzNews.az xəbər verir ki, sərgidə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğızıstanın Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev və başqaları iştirak edib.

Nuran Niyazəliyev çıxışı zamanı Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər barədə danışarkən iki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın hər zaman uğurla aparıldığını deyib:

"UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk".

Sevda Məmmədəliyeva Dünya İrs Komitəsinin sessiyalarının təkcə rəsmi müzakirələr, görüşlər məkanı olmadığını, bu çərçivədə müxtəlif mədəni, tarixi və maddi-mənəvi miraslara həsr olunmuş sərgilər keçirildiyini bildirib:

"Bu gün Qırğızıstana həsr olunmuş sərginin açılışındayıq. Azərbaycan-Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir".

Pərvanə Ağazadə

AzNews.az

image description image description image description image description image description