Əməliyyat üçün lazım olan bütün xərcləri Heydər Əliyev Fondu ödəyib Əməliyyat üçün lazım olan bütün xərcləri Heydər Əliyev Fondu ödəyib

Ölüm ayağında olan aktyor əməliyyat olundu - Qaraciyər köçürüldü

Əməliyyat üçün lazım olan bütün xərcləri Heydər Əliyev Fondu ödəyib

Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Yalçın Səlimova qaraciyər köçürülüb.

Bunu AzNews.az-a teatrın direktor müavini Vidadi Məmmədov bildirib. Onun sözlərinə görə, aktyor hazırda özünü yaxşı hiss edir:

“Yalçın Mərkəzi Gömrük Hospitalında ağır bir əməliyyat keçirib. Ona qaraciyər köçürülüb. Əməliyyat üçün lazım olan bütün xərcləri Heydər Əliyev Fondu ödəyib. Hazırda aktyor özünə gəlib. Ümid edirik ki, bu əməliyyatdan sonra aktyorun səhhəti daha da yaxşı olacaq”.

Vidadi Məmmədov onu da əlavə edib ki, Yalçın Səlimova yaxınları donor olub: “Ona bacısının oğlundan donor köçürülüb”.

Qeyd edək ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Yalçın Səlimovun səhhətində problemlər yaranıb. Həkimlər onun qaraciyərində ciddi pozuntular olduğunu aşkarlayıb və ona təcili qaraciyər köçürülməsini məsləhət bilib.

Yalçın Səlimovun müraciətindən sonra müayinə və əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az