"Bu sessiya Azərbaycanda böyük marağa səbəb olub" "Bu sessiya Azərbaycanda böyük marağa səbəb olub"

“Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi...”

"Bu sessiya Azərbaycanda böyük marağa səbəb olub"

"Bu tədbir heç də adi hal kimi qəbul edilməməlidir. Bunun üçün mübarizə, rəqabət aparılır. Təcrübəmiz olmasaydı, bunu ölkəmizdə keçirməzdilər".

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunu ilə bağlı mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bu sessiya çərçivəsində Bakıya gələn insanlar öz ölkələrinin tanınmış şəxsləridir:

"Onlar tanınmış mütəxəssislərdir. Qonaqlar şəhəri gəzdilər, tarixi yerləri ziyarət etdilər. Ölkədəki vəziyyət onlarda müsbət təəssürat yaratdı. Xarici media da bu sessiyanı işıqlandırdı. Sessiya ilk gündən son günə qədər UNESKO-nun saytında yayımlanırdı. Bu müddət ərzində komissiya 166 məkana baxıb, onların mövcud vəziyyəti müzakirə olunub. Bunlardan 32-si yeni nominasiya idi. Biz Şəkinin Ümumdünya İrs Siyahısına daxil edilməsinə nail olduq. Bundan arxayınlaşmamalıyıq, beynəlxalq qaydalara əməl edilməlidir. Gərək elə edək ki, gələcəkdə bu prosesə nəzarət edə bilək. Hər il ya planlı, ya da plansız şəkildə komissiya gəlir, vəziyyəti dəyərləndirir".(report.az)

AzNews.az