O, 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırıb O, 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırıb

Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?

O, 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırıb

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilisdilli “Vikipediya”da yeni məqalə yaradılıb.

MEK-dən AzNews.az-a bildirilib ki, Nazim Hacıyev xaricdəki erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş A.Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırmış, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olmuşdur.

Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu “millətçilikdə” günahlandırmışdılar.

İngilis dilində məqalədə Nazim Hacıyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş informasiya verilir.

AzNews.az