Səhnəyə çıxanda səhnə dolurdu, elə bil aslan dayanırdı Səhnəyə çıxanda səhnə dolurdu, elə bil aslan dayanırdı

Heyif, onun ölümü hələ də bizi yandırır - Əməkdar artist

Səhnəyə çıxanda səhnə dolurdu, elə bil aslan dayanırdı

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun doğum günüdür.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur AzNews.az-a mərhumla bağlı xatirələrini bölüşüb:

Image result for Əli Nur

“Allah İlham Əsgərovu səhnə üçün yaratmışdı. Görünüşü də səhnənin bütün standartlarına cavab verirdi. Səhnəyə çıxanda səhnə dolurdu, elə bil aslan dayanırdı. Onun çox sehirli gözləri vardı, savadlı idi. Öz üzərində işləyirdi. Mən onu tələbə vaxtından tanıyıram. Hər hansı bir tədbirə dəvət ediləndə mənsiz getməzdi. Teatrda çox gözəl, bir-birindən yadda qalan rollar oynadı. Azərbaycan radiosunda “Bulaq” kimi verilişin aparıcısı oldu. İlham Əsgərov ciddi adam idi. Teatrda kardinallar olub. Onlar teatrın ləyaqətini qoruyan adamlardı. Bu da onlardan biri idi. İlham şərəfli bir ömür yaşadı, kollektivin məhəbbətini qazandı. Gedişi ilə bizim hamımızı kədərə qərq elədi. Heyif, onun ölümü hələ də bizi yandırır. Görünür, Allah onun bu dünyada çox olmasını məsləhət görmədi. Bəzən deyirlər ki, Allah sevdiklərini tez aparır. Onlar səmaya layiqdir. Biz onun ölümünü eşidəndə şok yasadıq. O, ölümü ilə rollarını, teatrı, onu sevənləri yetim qoydu. Görüləsi işləri vardı. İlham tək aktyor deyildi, gözəl dost, nümunəvi ailə başçısı idi”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərov 2015-ci ildə 57 yaşında dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az