"Kaspi nəşrləri” seriyasından növbəti kitab işıq üzü görüb "Kaspi nəşrləri” seriyasından növbəti kitab işıq üzü görüb

“Kaspi” nəşrləri seriyasından yeni kitab - Nəsimi rənglərin işığında

"Kaspi nəşrləri” seriyasından növbəti kitab işıq üzü görüb

Görkəmli sənətşünas Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında” adlı kitabnda Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır.

İlk dəfə bir kitabda cəm halında toplanan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, "Kaspi" nəşrləri" seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru, şairə Sona Vəliyevadır

Kitab "Kaspi” qəzetinin layihəsi əsasında "Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görmüşdür.

Nəşrin redaktoru Fərid Hüseyndir.(artkaspi.az)

AzNews.az