"Təklif edib ki, filan yoldan gedək. Mən də etiraz etdim" "Təklif edib ki, filan yoldan gedək. Mən də etiraz etdim"

Heç olmasa düzünü de - Aktyor direktorla davasından danışdı

"Təklif edib ki, filan yoldan gedək. Mən də etiraz etdim"

Xəbər verildiyi kimi, bir neçə gün öncə Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov direktor Əli Qasımovla arasında mübahisə yaranıb. Mətbuatın yaydığı məlumata görə, guya mübahisə zamanı aktyor direktora təpik atıb.

Yusif Cəfərov AzNews.az-a açıqlamasında bu olaya aydınlıq gətirdi.

O bildirdi ki, Əli Qasımovla arasında 3 dəqiqəlik mübahisə yolub:

“Mən iki dəfə ürək əməliyyatı keçirmişəm. Özümü, səhhətimi düşünüb yazılanlara baş qoşmuram. Haqqımda yazılanların hamısı yalandır. Biz festivalda idik. Əli müəllim festival bağlanandan sonra təklif edib ki, filan yoldan gedək. Mən də etiraz etdim. Bunun da səbəbi vardı. Dedim ki, ürəyim xəstədir, o yolu gedə bilmərəm. Əli müəllim də dedi ki, onda qalaq səhər gedərik. Bunu niyə belə şişirdirlər? Yanımızda kollektivin nümayəndələri olub. Çox güman ki, onlardan biri deyib. Deyirsənsə, heç olmasa düzünü de də”.

Yusif Cəfərov ona da vurğuladı ki, məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə dəvət edilib:

“Sektor müdiri İsmayıl müəllimin qəbulunda olduq. Müzakirə oldu. Mən dedim ki, mətbuatda yazılanlar cəfəngiyyatdan başqa bir şey deyil. Olanlarla bağlı izahat yazdıq, məsələ bitdi”.

Bahar RÜSTƏMLİ

AzNews.az